ABŞ ordusu İranla münaqişə və Ukraynaya yardım səbəbindən tükənmiş ehtiyatları bərpa etmək üçün "Patriot" yer-hava raketlərinin (SAM) istehsalı üçün "Lockheed Martin" şirkətinə rekord müqavilə bağlayıb.
Tvit.az bu barədə “Military Watch Magazine” jurnalına istinadən xəbər verir.
Müqavilənin dəyəri 58,6 milyard dollardır. Bundan əlavə, müqavilənin imzalanması gələcəkdə baş verə biləcək yüksək intensivlikli münaqişələrə hazırlıqla əlaqələndirilir.
Elmin Alışov