Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
sosial

Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ

29-07-2026 14:00 49 Просмотров
IMG

Hazırda Azərbaycanda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında ümumilikdə 1400-dən çox şəxs var.

 

Bu barədə Report-a Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, onlardan 600-ə yaxını sümük iliyi, 520-dən çoxu böyrək, 250-yə yaxını qaraciyər, 50-yə yaxını ürək, 50-dən çoxu isə buynuz qişa transplantasiyası üçün gözləmə siyahısındadır:

 

"Yaş bölgüsünə görə, sümük iliyi transplantasiyası gözləyənlər arasında uşaqlar üstünlük təşkil edir. Digər orqan transplantasiyaları üzrə gözləmə siyahısında isə əsasən böyüklər yer alır".