Qantas Airbus A350 təyyarəsi Melburndan havaya qalxdıqdan 24 saat 24 dəqiqə sonra Fransanın Tuluza şəhərinə eniş edərək, kommersiya təyyarəsi tərəfindən həyata keçirilən ən uzun uçuş rekordunu qırdı.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xüsusi olaraq hazırlanmış A350-1000ULR təyyarəsinin 2027-ci ilə qədər Avstraliya aviaşirkətinin Sidney-London marşrutu üzrə birbaşa uçuşlara başlaması planlaşdırılır.
Elmin Alışov