Land Rover ən kiçik modellərindən birinin istehsalını dayandırır.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, çoxdan gözlənilən Discovery Sport-un istehsalı ilin sonunda rəsmi olaraq dayandırılacaq.
"Halewood (Böyük Britaniya) zavodu JLR-in yeni nəsil modellərinin istehsalına keçdikcə, Discovery Sport-un istehsalı normal məhsul həyat dövrünə uyğun olaraq 2026-cı ilin dekabr ayında başa çatacaq", - deyə şirkətin məlumatında bildirilir.
Aysel Şirinova