"Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun elan etdiyi üç satınalma müsabiqəsi ləğv olunub.
Tvit.az xəbər verir ki, ləğv edilən satınalmalar işçi formalarının, avadanlıqların, eləcə də avtomobil təmiri üçün mal-materialların satın alınmasını əhatə edib.
Tenderlərin ləğv edilməsinə səbəb kimi "Dövlət satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsi göstərilib. Qərara əsasən, satınalmada iştirak etmək üçün təklif təqdim etmiş və tələb olunduğu halda müvafiq icazəyə malik təchizatçıların sayı üçdən az olduğuna görə müsabiqələr baş tutmayıb.
Ləğv edilən satınalmalar bunlardır:
İşçi formalarının satın alınması;
Avadanlıqların satın alınması;
Avtomobil təmiri üçün mal-materialların satın alınması.
Hər üç satınalma proseduru 27 iyul 2026-cı il tarixində ləğv edilib.
Aysel Şirinova