Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
СПОРТ

Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı

27-07-2026 12:00 24 Просмотров
IMG

Azərbaycanın FİFA referisi Kamal Umudlu təyinat alıb.

 

Tvit.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo Siti" (Albaniya) – "Aluminiy" (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

 

Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, görüş iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.