Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Tozlu hava nə vaxta kimi davam edəcək?
sosial

Tozlu hava nə vaxta kimi davam edəcək?

27-07-2026 10:00 28 Просмотров
IMG

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

 

Tvit.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

 

"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır".

 

O qeyd edib ki, tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.