Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev
siyasət

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

25-06-2026 19:00 11 Просмотров
IMG

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

 

Tvit.az xəbər verir ki, H.Hacıyev bu barədə X sosial şəbəkə hesabında yazıb.


"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib və əlavə edib ki, görüşdə Azərbaycan və NATO arasında qarşılıqlı uyğunluğun artırılması istiqamətində əldə edilmiş irəliləyiş qeyd olunub:

 

"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".