Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Karvan-Yevlax" iki legioneri ilə yollarını ayırdı
СПОРТ

"Karvan-Yevlax" iki legioneri ilə yollarını ayırdı

05-06-2026 14:00 17 Просмотров
IMG

"Karvan-Yevlax" klubu heyətində dəyişikliklərə gedib.

 

Tvit.az xəbər verir ki, Yevlax təmsilçisi nigeriyalı futbolçu Qavi Thompsonla yollarını ayırıb.

 

Futbolçu ilə müqavilə müddəti yenilənməyib. 26 yaşlı oyunçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.

 

Komanda daha bir legionerinə də "əlvida" deyib. Klub ruandalı futbolçu Coy-Slayd Mikelslə də başa çatan müqaviləni yeniləməyib. 30 yaşlı hücumçu isə mövsüm ərzində 19 oyunda 5 qol vurub.