Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Nazir bu vəzifəni Elçin Vəliyevə həvalə etdi
sosial

Nazir bu vəzifəni Elçin Vəliyevə həvalə etdi

05-06-2026 13:00 13 Просмотров
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. Yeni əmrlə Elçin Vəliyev institutun direktoru səlahiyyətlərini müvəqqəti icra edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.