Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Onlar həqiqi hərbi xidmətə çağırıldıqda müavinət alacaqlar
sosial

Onlar həqiqi hərbi xidmətə çağırıldıqda müavinət alacaqlar

05-06-2026 12:00 11 Просмотров
IMG

Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə xitam verildikdə əməkdaşa orta aylıq dövlət məvacibinin 3 misli həcmində müavinət ödənilməsi nəzərdə tutulur.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında” layihədə əksini tapıb.

 

Hərbi xidmətdən qayıdan və 60 gün ərzində müraciət edən şəxslərin əvvəlki vəzifəyə və ya analoji vəzifəyə təyin olunması da layihədə əksini tapıb.

 

Dəyişikliklərdə diplomatik xidmət stajına daxil ediləcək dövrlərin siyahısı da genişləndirilir. Buraya məcburi işburaxma dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət, ödənişli sosial məzuniyyətlər, beynəlxalq təşkilatlarda fəaliyyət dövrü və dövlət orqanı rəhbərlərinin qulluq illəri daxil edilir.

 

Qanun layihəsinə əsasən, dəyişikliklərin 2026-cı il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.

 

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.