Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib
sosial

Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib

03-06-2026 18:00 13 Просмотров
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək məqsədilə Azərbaycan gətiriliblər.

"Tvit.az" xəbər verir ki, 10 gün davam edəcək proqram çərçivəsində uşaqların əvvəlcə Bakı şəhərində yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoqa məşğələlərində, eləcə də müxtəlif psixo-sosial təlim və ustad dərslərində iştirakı nəzərdə tutulur.

Növbəti günlərdə onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə əhatə olunacaqlar. Eləcə də uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstəriləcək.

Həmçinin proqram iştirakçıları üçün Azərbaycanın zəngin mədəni irsi, incəsənəti, tarixi məkanları və milli mətbəxi ilə yaxından tanışlıq imkanı yaradılacaq.

Məqsəd Ukraynadakı müharibədən əziyyət çəkən uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçib.