Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
siyasət

Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

03-06-2026 10:00 26 Просмотров
IMG

Serbiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

 

Tvit.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Spiker Sahibə Qafarova abidənin önünə gül dəstələri düzüb.

 

Spiker Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də abidəsini ziyarət edib.

 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.