Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Milli Məclisdə zikh icmasının hüquqlarının müdafiəsi ilə bağlı görüş keçirilib
sosial

Milli Məclisdə zikh icmasının hüquqlarının müdafiəsi ilə bağlı görüş keçirilib

02-06-2026 17:00 19 Просмотров
IMG

Milli Məclisdə Beynəlxalq Zikh Federasiyasının nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Tvit.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə deputat Tural Gəncəliyev bildirib ki, Azərbaycanın qanunverici orqanı bu kimi beynəlxalq platformalarla əməkdaşlığa və insan hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslərə böyük önəm verir.

Qeyd edilib ki, Azərbaycan tarix boyu işğal, etnik təmizləmə, soyqırımı və insan hüquqlarının pozulması kimi ağır sınaqlarla üzləşib. Bu səbəbdən ölkəmiz müxtəlif regionlarda hüquqları pozulan xalqların, etnik və dini icmaların problemlərinə həssas yanaşır, onların beynəlxalq hüquq çərçivəsində apardıqları dinc mübarizəyə mənəvi dəstək göstərir.

Kanada Zikh Federasiyasının sədri Moninder Singh onlara göstərilən dəstəyə görə təşəkkür edib. O bildirib ki, Beynəlxalq Zikh Federasiyası zikh icmasının hüquqlarının müdafiəsi və dünya üzrə siqh diasporunun maraqlarının təmsil olunması istiqamətində mühüm fəaliyyət həyata keçirir.

O, iki xalqın tarixində oxşar faciələrin yaşandığını qeyd edərək, bu səbəbdən bir-birini daha yaxşı anladığını və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb.

Görüşdə Milli Məclisin deputatları Razi Nurullayev, Azər Allahverənov, Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov və Beynəlxalq Zikh Federasiyasının üzvləri çıxış ediblər.

Söhbət zamanı sülh dialoqunun əhəmiyyəti, insan hüquqlarının müdafiəsi, dini azadlıqların təmin olunması, etnik və dini icmaların hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.