Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda daha iki ünvanda minib-düşmə yeri yaradılıb
sosial

Bakıda daha iki ünvanda minib-düşmə yeri yaradılıb

02-06-2026 10:00 38 Просмотров
IMG

Paytaxtın Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Belə ki, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.

 

Hər iki ünvanda "5.14" - "minik taksilərinin duracaq yeri" yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.