Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ WhatsApp-dan müvəqqəti uzaqlaşmaq mümkün olacaq – Yeni funksiya sınaqdan keçirilir
ДРУГОЕ

WhatsApp-dan müvəqqəti uzaqlaşmaq mümkün olacaq – Yeni funksiya sınaqdan keçirilir

01-06-2026 21:00 13 Просмотров
IMG

WhatsApp istifadəçilərinin uzun müddətdir gözlədiyi yeniliklərdən birini sınaqdan keçirməyə başlayıb. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, tətbiq yaxın vaxtlarda hesabı silmədən və ya proqramı telefondan tamamilə silmədən WhatsApp-dan çıxış etməyə imkan verən yeni "Çıxış" funksiyasını təqdim edəcək.

 

İndiyədək WhatsApp-dan istifadəni dayandırmaq istəyənlər üçün yeganə seçim tətbiqi cihazdan silmək idi. Bu isə sonradan geri qayıtmaq istədikdə proqramın yenidən quraşdırılmasını və ehtiyat nüsxələrin bərpasını tələb edirdi.

Yeni funksiya istifadəçilərə hesablarını qoruyaraq tətbiqdən müvəqqəti uzaqlaşmaq imkanı yaradacaq. Bununla belə, WhatsApp çıxış etmək istəyən istifadəçilərə qərarlarını yenidən nəzərdən keçirmələri üçün müxtəlif alternativlər də təklif edir. Məsələn, məxfilik narahatlığı olanlara ekran kilidindən istifadə etmək, bildirişlərdən bezənlərə onları səssiz rejimə keçirmək, yaddaş problemi yaşayanlara isə daxili təmizləmə alətlərindən yararlanmaq tövsiyə olunur.

 

Əgər bu həllər istifadəçini qane etməzsə, o, çıxış prosesini davam etdirərək tətbiqdən müvəqqəti ayrılmağı seçə biləcək.

 

Hazırda yalnız məhdud sayda beta istifadəçisi üçün əlçatan olan funksiyanın yaxın həftələrdə bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.

 

Aysel Şirinova