Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
sosial

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

01-06-2026 16:00 28 Просмотров
IMG

İyunun 2-si səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.