Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
sosial

Təzəpir məscidində Qurban bayramı namazı qılınıb

27-05-2026 09:00 16 Просмотров
IMG

Bakıda Təzəpir məscidində Qurban bayramı namazı qılınıb.

 

Tvit.az xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb.


İbadətdə din xadimləri, Azərbaycanda yaşayan əcnəbilər və yerli sakinlər iştirak ediblər.

 

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

 

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı mayın 27-28-də qeyd olunur.