Şahmatçılarımızın uğurlarına sevinməmək mümkün deyil.
Tvit.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransında deyib.
O, son dövrlərdə Azərbaycanda şahmatın sürətlə inkişaf etdiyini söyləyib:
"Şahmatçılarımızın uğurlarına sevinməmək mümkün deyil. Ölkə başçısı, Prezident İlham Əliyevin idmana, o cümlədən şahmata göstərdiyi diqqət və qayğı göz qabağındadır. Onun dəstəyi sayəsində idmançılarımız beynəlxalq arenalarda uğurları sıralayırlar. Təbii ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun da əməyini dana bilmərik. O, həqiqətən çox çalışır və Azərbaycan şahmatının irəli getməsi üçün əlindən gələni edir".