Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial DTX-nin ekstradisiya etdiyi cinayətkarın cəzası bəlli oldu
sosial

DTX-nin ekstradisiya etdiyi cinayətkarın cəzası bəlli oldu

22-05-2026 10:00 53 Просмотров
IMG

Bakı şəhəri Səbail rayon məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən Etibar Oqtay oğlu İmamverdiyevin 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.

 

Tvit.az xəbər verir ki, transmilli şəbəkə vasitəsi ilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi DTX tərəfindən üzə çıxarılmış, beynəlxalq axtarışa verilmiş Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzun sürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib.

 

Müəyyən edilib ki, E.İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib. Müvafiq üsulla dövlət nəzarətindən kənar davamlı qanunsuz beynəlxalq rabitə xidməti təşkil edib. E.İmamverdiyev dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edib və məlumatları dəyişdirib.

 

Məhkəmə baxışı zamanı məlum olub ki, istintaq materiallarına əsasən dövlət təhlükəsizliyinə təhdid yaradan bu əməllər nəticəsində həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) “AzInTelecom” şirkətinə əhəmiyyətli maddi ziyan dəyib.