Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ İki güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
СПОРТ

İki güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

21-05-2026 21:00 14 Просмотров
IMG

Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

"Tvit.az" xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.

 

Paşa Aslan (44 kq) isə finalda ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, qitə birinciliyinə mayın 24-də yekun vurulacaq.