Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya BƏƏ: İranın siyasətinə inam itib
dünya

BƏƏ: İranın siyasətinə inam itib

21-05-2026 18:00 16 Просмотров
IMG

BƏƏ illərdir İran təhdidi ilə üzləşir və bu vəziyyət artıq Fars körfəzi bölgəsinin siyasi reallığının bir hissəsinə çevrilib.


Tvit.az xəbər verir ki, bu barədə BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş “X” hesabında paylaşım edərək bildirib.


Onun sözlərinə görə, İranın bölgədəki təsiri təcavüzkar ritorika ilə dostluq mesajları arasındakı ziddiyyət səbəbindən zəifləyib.


O, vurğulayıb ki, region ölkələri ilə normal münasibət qurmaq istəyən tərəf ilk növbədə itirilmiş etimadı bərpa etməlidir və bunun yolu yalnız suverenliyə hörmət və mehriban qonşuluq prinsiplərinə səmimi bağlılıqdan keçir.


Elmin Alışov