Xəzər dənizində zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.6 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.