Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
sosial

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

18-05-2026 10:00 110 Просмотров
IMG

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

 

Bu barədə Tvit.az-a səhmdar cəmiyyətindən bildirilib.

 

Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.