Belqorodda yaşayış binasına Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində ölənlərin sayı doqquza çatıb.
Tvit.az TASS-a istinadən xəbər verir ki, bu barədə regional təcili yardım qərargahı məlumat verib.
"Yenilənmiş məlumata görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin Belqorodda çoxmənzilli binaya hücumu nəticəsində yaralananların sayı doqquza çatıb", - deyə açıqlamada bildirilir.
Daha əvvəl dörd nəfərin öldüyü bildirilmişdi.
Aysel Şirinova