Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyədə siqaret satışına dair inqilabi qadağalar: 100 qat cərimə və nağdsız ödəniş dövrü
dünya

Türkiyədə siqaret satışına dair inqilabi qadağalar: 100 qat cərimə və nağdsız ödəniş dövrü

13-05-2026 23:00 25 Просмотров
IMG

Türkiyə hökuməti tütün asılılığına qarşı mübarizəni yeni müstəviyə daşıyan inqilabi qanun layihəsini təqdim edib. Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunan layihə ölkədə siqaret satışını çətinləşdirməyi və 2040-cı ilə qədər tütün məhsullarının dövriyyəsini tamamilə dayandırmağı hədəfləyir.

 

​Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni qaydalar çərçivəsində tütün məhsullarının satışı üçün tətbiq edilən cərimələrin 100 dəfə artırılması və satışın yalnız rəqəmsal ödənişlərlə həyata keçirilməsi planlaşdırılır.

 

​“Layihənin ən diqqətəlayiq bəndi siqaret alışı zamanı nağd puldan istifadənin tamamilə qadağan edilməsidir. Satış yalnız bank kartları və elektron ödəniş vasitələri ilə mümkün olacaq. Bu metod yaş həddini ciddi nəzarətdə saxlamağa və satış məlumatlarını rəqəmsal şəkildə izləməyə imkan verəcək”, - deyə rəsmi məlumatda bildirilir.

 

​Məlumata görə, 2028-ci ilə qədər mərhələli şəkildə tətbiq olunacaq bu qaydalar xüsusilə gənc nəsli tütün vərdişindən uzaq tutmağa yönəlib. Strateji hədəf olaraq, 2040-cı il yanvarın 1-dən etibarən Türkiyədə siqaret satışının tamamilə ləğv edilməsi müəyyən edilib. Qaydaları pozan satış məntəqələrini isə ağır maliyyə sanksiyaları və lisenziyanın ləğvi gözləyir.

 

Aysel Şirinova