İran Küveytdən Fars körfəzində gəmi ilə bağlı hadisədən sonra həbs olunan dörd İslam Respublikası vətəndaşının dərhal azad edilməsini tələb edib.
Tvit.az xəbər verir ki, bu barədə müvafiq bəyana İran Xarici İşlər Naziri Abbas Əraqçı tərəfindən verilib.
Bildirilib ki, Küveyt qüvvələri Küveytin Bubiyan adası ərazisində İran gəmisinə qanunsuz hücum edib.
Tehran iddia edir ki, bu adadan ABŞ tərəfindən İrana zərbə endirmək üçün istifadə olunub. Əraqçı Küveytin hərəkətlərini "ixtilaf səpmək" cəhdi adlandıraraq Tehranın cavab vermək hüququnu saxladığını da vurğulayıb.
Aysel Şirinova