Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Növbəti köç Zəngilana və Şükürbəyli kəndinə çatdı
sosial

Növbəti köç Zəngilana və Şükürbəyli kəndinə çatdı

13-05-2026 14:00 40 Просмотров
IMG

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

 

Tvit.az xəbər verir ki, növbəti köç karvanı Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

 

Bu mərhələdə Zəngilan şəhərinə 59 ailə (235 nəfər), Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə (419 nəfər) köçürülüb.

 

Qeyd edək ki, Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.