İran prezidenti Məsud Pezeşkian düşmənlərin ölkə iqtisadiyyatına təzyiqi artırmaqla ictimai narazılıq yaratmağa çalışdıqlarını bildirib.
Tvit.az bu barədə “İRNA” agentliyinə istinadən xəbər verir.
"Hazırkı vəziyyətdə düşmənin əsas məqsədlərindən biri iqtisadiyyatı pozmaq və insanların dolanışıqlarına təzyiq göstərməkdir. Biz də istehsalçıların mənfəətini və istehlakçı məmnuniyyətini qoruyarkən cəmiyyətin real ehtiyaclarını ödəyən şəkildə hərəkət etməliyik”,- deyə İran lideri vurğulayıb.
Elmin Alışov