Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Yakutiyada daşqınlar səbəbindən onlarla həyəti su basıb
dünya

Yakutiyada daşqınlar səbəbindən onlarla həyəti su basıb

11-05-2026 13:00 111 Просмотров
IMG

Yakutiyada (Rusiya) Lena çayında suyun səviyyəsinin kəskin artması səbəbindən bir neçə yaşayış məntəqəsini su basıb, sakinlərin təxliyəsinə başlanılıb.

 

Bu barədə Tvit.az Rusiya mediasına istinadən xəbər verir.

 

Məlumata görə, ötən gün respublika sərhədlərinə buz axını daxil olub, yaranmış buz yığını çaylarda suyun səviyyəsinin rekord hədlərə çatmasına səbəb olub.

 

"Vitim və Peleduy qəsəbələrində 30-dan çox həyətyanı ərazini su basıb, sakinlər təxliyə olunur", - Lena rayon administrasiyasından bildirilib.

 

Qeyd olunub ki, Lena və Malaya Botuobuya çaylarında gərgin hidroloji vəziyyət davam edir, kritik su səviyyəsi göstəriciləri 100 sm-dən çox aşılıb.