Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Arsenal" bir mövsümdə ən çox qələbə qazanma rekordunu yeniləyib
СПОРТ

"Arsenal" bir mövsümdə ən çox qələbə qazanma rekordunu yeniləyib

11-05-2026 11:00 92 Просмотров
IMG

İngiltərənin "Arsenal" klubu özünün bir mövsümdə ən çox qələbə qazanan komanda rekordunu yeniləyib.

 

Tvit.az xəbər verir ki, Premyer Liqanın XXXVI turunda "Vest Hem" üzərində 1:0 hesablı qələbə qazanan London təmsilçisi 2025/2026 mövsümündə bütün turnirlərdə 42-ci qələbəsini rəsmiləşdirib.

 

Bununla da "topçular" klub tarixinin rekordunu yeniləyib. Komandanın əvvəlki göstəricisi 1970/1971 mövsümündə qeydə alınmış 41 qələbə idi.

 

Hazırda "Arsenal" 36 oyundan sonra 79 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" 74 xalla ikinci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var.


Mikel Artetanın rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının finalına da vəsiqə qazanıb. Londonlular mayın 30-da Budapeştdəki "Ferens Puşkaş" stadionunda PSJ (Fransa) ilə qarşılaşacaq.