Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Milli Məclis Qubanın kəndlərinin adlarının dəyişdirilməsini müzakirə edəcək
sosial

Milli Məclis Qubanın kəndlərinin adlarının dəyişdirilməsini müzakirə edəcək

06-05-2026 14:00 8 Просмотров
IMG

Qubanın bəzi kəndlərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Tvit.az xəbər verir ki, sözügedən məsələ parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

 

Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olması təklif olunur.

 

Layihə səsə qoyularaq plenar iclasa tövsiyə olunub.