Apple hər il olduğu kimi sentyabr ayında ən böyük tədbiri olan iPhone təqdimatını keçirəcək.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu ilki təqdimatda standart modeli görünməyəcək, bunun əvəzinə yalnız Pro modelləri və yeni qatlanan versiya təqdim olunacaq.
İddialara görə, Apple iPhone 18 Pro modeli üçün qiymət dəyişikliyi planlaşdırmır . Bu o deməkdir ki, iPhone 17 Pro modellərinə bənzər şəkildə iPhone 18 Pro-nun qiyməti 1099 dollardan , iPhone 18 Pro Max-ın isə 1199 dollardan başlayacaq.
Aysel Şirinova