Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.