"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının 1/2 finalında PSJ ilə ilk oyundsn (5:4) sonra fikirlərini bölüşüb.
Tvit.az bu barədə "X" platformasındakı "Bayern&Germany" hesabına istinadən xəbər.
"Əlbəttə, beş qol buraxmaq istənilən müdafiə və hər bir qapıçı üçün xoş deyil. Siz qolları gördünüz. Onların hər hansı birini dəf etmək çox çətin idi. İki dəfə topa toxunmağa çox yaxın idim. Lakin biz həqiqətən xarakter nümayiş etdirdik və yaxşı toparlandıq. Hətta hesabı 5:5 də edə bilərdik. Bilirik ki, gələn həftə öz meydanımızda oynayacağıq və hər şey öz əlimizdədir. Hər şey hələ də mümkündür", - deyə M.Noyer vurğulayıb.
Xatırladaq ki, komandalar arasındakı cavab qarşılaşması mayın 6-da keçiriləcək.