Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya və Hindistanın müdafiə nazirləri Bişkekdə görüşüblər
dünya

Rusiya və Hindistanın müdafiə nazirləri Bişkekdə görüşüblər

28-04-2026 10:00 26 Просмотров
IMG

Rusiya Müdafiə Naziri Andrey Belousov və Hindistan Müdafiə Naziri Radjnath Sinx, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısı çərçivəsində Bişkekdə görüşüblər.

 

Tvit.az xəbər verir ki, bu barədə Hindistan rəsmisi özünün X hesabında paylaşım edib.

 

 "Bişkekdə ŞƏT üzv ölkələrinin müdafiə nazirlərinin iclası zamanı Rusiya Müdafiə Naziri Andrey Belousovla mükəmməl bir görüş keçirdik", – deyə bildirib.

 

 

Görüşdə hər iki ölkənin müdafiə sahəsində əməkdaşlığını daha da gücləndirmək və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə danışıqlar aparılıb.