İsrail ordusu Livanın cənubunda yerləşən geyim mağazasında “Hizbullah”a aid yeraltı qərargah aşkar etdiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, İsrail ordusu Livanın cənubundakı Əl-Xiyam yaşayış məntəqəsində “Hizbullah”ın yeraltı komanda məntəqəsini aşkar etdiyini açıqlayıb. Bildirilib ki, təxminən 25 metr dərinlikdə olan tunel mülki geyim mağazasının içində yerləşib və döyüş əməliyyatlarının idarə olunması üçün istifadə edilib.
Tuneldə silahlar və əməliyyatların koordinasiyası üçün nəzərdə tutulmuş otaqlar aşkar olunub.