Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "Ford"un daha bir modelində problem aşkarlandı: Şirkət 140 minə yaxın pikapı geri çağırır
sosial

"Ford"un daha bir modelində problem aşkarlandı: Şirkət 140 minə yaxın pikapı geri çağırır

23-04-2026 08:00 50 Просмотров
IMG

"Ford" şirkəti naqillərlə bağlı mümkün problemlərə görə ABŞ-də təxminən 140 min "Ford Ranger" pikapını geri çağırır.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

 

Məlumata görə, sözügedən avtomobillərdə günəşdən qoruyucu və ya salonun tavan örtüyündəki naqillərin zədələnmə ehtimalı var. Bu nasazlıq qısaqapanmaya, nəticədə isə yanğın təhlükəsinə səbəb ola bilər. Dilerlər müvafiq yerlərdəki naqilləri yoxlayacaq və ehtiyac olarsa, onları əvəzləyəcəklər.