Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb.
Tvit.az xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 19:43-ə olan məlumata görə, Brent neftinin qiyməti 3.58% artaraq 102.01 dollar/barelə çatıb.
Saat 19:48-də isə artım tempi zəifləyib və qiymət 101.91 dollar/barel (+3.48%) səviyyəsində olub.
Eyni zamanda, WTI markalı neftin 2026-cı ilin iyun fyuçersləri 3.86% bahalaşaraq 93.13 dollar/barel təşkil edib.