Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
siyasət

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

17-04-2026 17:00 33 Просмотров
IMG

Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir.

Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.

Türkiyənin Antalya şəhərində aprelin 17-də Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir.

"Report"un Antalyaya ezam olunan müxbirinin verdiyi məlumata əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.