Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Politico: ABŞ və İran uranın zənginləşdirilməsinə dair bu məsələdə razılığa gələ bilmirlər
dünya

Politico: ABŞ və İran uranın zənginləşdirilməsinə dair bu məsələdə razılığa gələ bilmirlər

17-04-2026 11:00 20 Просмотров
IMG

ABŞ və İran uranın zənginləşdirilməsinə moratorium qoymaq barədə razılığa gələ bilmirlər.


Tvit.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.


Vaşinqtonun 14 maddəlik planına görə, Tehran uranın zənginləşdirilməsinə 20 illik qadağa qoymağa razı olmalıdır. Lakin nəşrin mənbələrinə görə, İran yalnız beş illik dayandırma təklif edir. Digər maneə ABŞ prezidenti Donald Trampın İranın qismən zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü tərəfə ötürməsi tələbidir ki, Tehran bu tələbi indiyə qədər rədd edib.


Elmin Alışov