Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Vaşinqtonda İsrail-Livan danışıqları təxminən 2 saatdan sonra başa çatıb
dünya

Vaşinqtonda İsrail-Livan danışıqları təxminən 2 saatdan sonra başa çatıb

14-04-2026 22:00 28 Просмотров
IMG

Dövlət Departamentində təxminən iki saatlıq görüşdən sonra İsrail və Livan səfirləri arasında Vaşinqton görüşü başa çatıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter və Livanın ABŞ-dakı səfiri Nada Hamadeh arasında birbaşa danışıqlara vasitəçilik edib.

 

Növbəti görüşün tarixi hələlik müəyyən edilməyib.

 

Dövlət Departamentinin rəsmisi bildirib ki, bugünkü görüş ötən həftəsonu İslamabadda İran danışıqları keçirilməzdən bir ay əvvəl planlaşdırılıb:

 

"Prezidentin açıq şəkildə qeyd etdiyi kimi, ABŞ və İran arasında İslamabadda aparılan danışıqlarla İsrail-Livan danışıqları arasında heç bir əlaqə yoxdur".

 

Aysel Şirinova