Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi
sosial

Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi

13-04-2026 19:00 20 Просмотров
IMG

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Baş katib "X”də yazıb.

 

Görüş zamanı qarşıdan gələn AQEM sammiti və AQEM Media Forumuna hazırlıqlar müzakirə olunub.

 

Kayrat Sarıbay AQEM-də Azərbaycanın güclü liderliyini yüksək qiymətləndirdiyini bildirib.