Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatının istintaqı çərçivəsində müğənni Mert Demir, aktrisa Büşra Pekin və repçi Ender Eroğlunun (Norm Ender) test nəticələri bəlli olub.
Tvit.az qardaş ölkənin mediasına istinadən məlumat verir ki, hər üç tanınmış şəxsin narkotik testi neqativ çıxıb.
Xatırladaq ki, daha əvvəl hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq çərçivəsində aralarında Burak Deniz, Haftanur Sancaktutan, Norm Ender və Mert Demir kimi məşhurların da olduğu 14 nəfər barəsində saxlanılma qərarı verilmişdi.