Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Avstraliya ABŞ-ın Hörmüz boğazını blokada etməsinə kömək etməyəcək
dünya

Avstraliya ABŞ-ın Hörmüz boğazını blokada etməsinə kömək etməyəcək

13-04-2026 09:00 25 Просмотров
IMG

Avstraliya hökuməti Hörmüz boğazını blokada etməkdə ABŞ-a qoşulmağı düşünmür.

 

Tvit.az xəbər verir ki, bu açıqlamanıAvstraliya  Xarici İşlər və Tnazirinin müavini Mett Tistletueyt verib.

 

O, Avstraliya hökumətinin blokadaya qoşulmağı düşünmədiyini qeyd edib:

 

"Biz inanırıq ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərini aşağı salmağın ən yaxşı yolu danışıqlar yolu ilə həll yoludur", - deyə o, bildirib.

 

Nazir bildirib ki, Avstraliya 11 apreldə İslamabadda keçirilən İran və ABŞ arasında danışıqların nəticə verməməsindən məyusdur.

 

"Bu danışıqların bərpa olunmasını istərdik. Bu, boğazı birdəfəlik açmağın, beynəlxalq iqtisadiyyatı bərpa etməyin, benzin tədarükünü bərpa etməyin və avstraliyalılar üçün qiymətləri aşağı salmağın ən yaxşı yoludur", - Avstraliya Xin əlavə edib.

 

Aysel Şirinova