Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial AYNA-dan taksilərlə bağlı iddialara cavab
sosial

AYNA-dan taksilərlə bağlı iddialara cavab

10-04-2026 19:00 20 Просмотров
IMG

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər taksi sahəsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

 

AYNA-dan "Tvit.az"a verilən məlumata görə, Nazirlər Kabinetinin 7 aprel tarixində verdiyi 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir və taksi sahəsini əhatə etmir.

 

Qeyd edilib ki, sərəncamda da 2 ay müddətində Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər, daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur.

 

AYNA-dan bildirilib ki, sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar. Belə ki, bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir.