Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
sosial

Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü

10-04-2026 17:00 18 Просмотров
IMG

Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbində dərs zamanı şagirdlərin ailələrini təhqir etdiyi deyilən müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

 

Bu barədə Tvit.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.


Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbin müəllimi Tünzalə Qasımovanın dərs zamanı əvvəlcə azyaşlı şagirdlərdən birini, daha sonra isə sinifdə oxuyan uşaqların ailələrini təhqir etdiyi ilə bağlı səs yazısı yayılmışdı.


İdarədən bildiriblər ki, yayılan səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırma çərçivəsində mütəxəssislər məktəbin şagird və valideynləri ilə görüşüb, məsələ ətraflı şəkildə müzakirə olunub.

 

Bildirilib ki, səs yazısında adı hallanan müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.