Tehran ABŞ-dan və müttəfiqlərindən zərbələrin vurduğu ziyana görə təzminat tələb edəcək və əgər onlar imtina etsələr, Amerika aktivlərini və əmlakını müsadirə etməklə bunun əvəzini çıxacaq.
Tvit.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib.
"Biz onları ödəməyə məcbur edəcəyik: onlar ödəməlidirlər. Əgər ödəməsələr, biz onların aktivlərindən və ya əmlaklarından necə kompensasiya alacağımızı bilirik", - deyə o bildirib.
O xatırladıb ki, Vaşinqton tərəfindən qəbul edilən İranın atəşkəs planının on bəndindən biri də zərərin ödənilməsi ilə bağlı bənddir.
Aysel Şirinova