Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "Brent" markalı neft bahalaşdı
sosial

"Brent" markalı neft bahalaşdı

10-04-2026 10:00 15 Просмотров
IMG

Yaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində cüzi bahalaşma müşahidə edilib.

 

Tvit.az xəbər verir ki, bu, ticarət məlumatlarından aydın olur.

 

Bakı vaxtı ilə saat 09:09-da Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.74 dollar (0.77 %) artaraq bir barel üçün 96.66 dollara çatıb.

 

Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 0.45 ​​dollar (0.46 %) artaraq bir barel üçün 98.32 dollar olub.