Pakistanın müdafiə naziri Xavaca Asif sosial media paylaşımında İsraili "bəşəriyyət üçün şər və lənət" adlandırıb və sülh danışıqları davam edərkən onu Livanda "soyqırım" törətməkdə günahlandırıb.
Tvit.az bu barədə "Əl-Cəzirə"yə istinadən xəbər verir.
“Günahsız vətəndaşlar İsrail tərəfindən əvvəlcə Qəzzada, sonra İranda və indi də Livanda öldürülür, qan tökülməsi davam edir”, - deyə o, bildirib.
Aysel Şirinova